ABŞ NASA, Fed və Senata kiberhücumlarda Çini günahlandırdı

14:22 - 27.08.2026


27 avqust, Fineko/abc.az. ABŞ Ədliyyə Nazirliyi dövlət qurumlarını və kritik infrastrukturları hədəf alan kiberhücumlara görə Çin hökuməti ilə əlaqəli hakerləri ittiham edib. Hücumların NASA, Federal Ehtiyat Sistemi (Fed), Energetika Nazirliyi və ABŞ Senatı kimi qurumları əhatə etdiyi bildirilir.

Məlumata görə, hücumlar Çin Dövlət Təhlükəsizliyi Nazirliyi və ordusuna kiber xidmətlər göstərən "QTFY" qrupu tərəfindən həyata keçirilib. FTB və NSA-nın birgə xəbərdarlığında bu fəaliyyətlərin ən azı 2018-ci ildən bəri davam etdiyi qeyd olunub.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian isə ittihamları rədd edərək Vaşinqtonu sübutsuz qaralama kampaniyası aparmaqda günahlandırıb.