11:18 - 26.08.2026
26 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsində bu ilin yanvar-iyun ayları ərzində 3,3 milyon manatlıq məhsul istehsal edilib.
İZİA-dan verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artım deməkdir.
Hesabat dövründə Sənaye Məhəlləsindən həyata keçirilən məhsul ixracında da nəzərəçarpacaq dinamika müşahid olunub — ixracın həcmi illik müqayisədə 74 faiz artıb.
Qeyd edək ki, Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb. 20,3 hektar ərazini əhatə edən məhəllədə məişət məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi və gübrə istehsalı prioritet istiqamətlərdir. Hazırda burada fəaliyyət göstərən 8 rezident tərəfindən ümumilikdə 11,8 milyon manat investisiya yatırılıb və 100-dən çox iş yeri yaradılıb.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026