Transxəzər Fiber-Optik Kabel Xətti gələn rüb işə salınacaq

11:03 - 19.08.2026


19 avqust, Fineko/abc.az. Azərbaycan və Qazaxıstan Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi layihəsi çərçivəsində son sazlama işlərini həyata keçirir. Şəbəkənin bu ilin IV rübündə istismara verilməsi planlaşdırılır.

Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyindən bildirilib ki, layihə artıq yekun mərhələdədir. Ən çətin və texniki proses — kabelin Xəzər dənizinin dibi ilə çəkilməsi tam yekunlaşıb. Hazırda mütəxəssislər avadanlıqların tənzimlənməsi işlərini aparırlar.

Rəqəmsal dəhliz genişlənə bilər Yeni magistral Avropa ilə Asiya arasında vacib tranzit telekommunikasiya marşrutuna çevriləcək. Gələcəkdə bu rəqəmsal dəhlizə Mərkəzi Asiyanın digər ölkələrinin də qoşulması imkanları nəzərdən keçirilir. Nazirlikdən əlavə olunub ki, Türkmənistan və ya regionun digər dövlətlərinin layihəyə qoşulması ilə bağlı danışıqların detalları məsləhətləşmələr yekunlaşana qədər məxfi saxlanılır.

© Report