21:53 - 10.08.2026
10 avqust, Fineko/abc.az. "Triodos Bank" Avropada müşahidə olunan rekord istilərin və uzun sürən quraqlığın iqtisadi fəsadlarına dair "İsti Yay İqtisadiyyatı" adlı hesabatını dərc edib.
Analizə əsasən, 2026-cı ilin yayında yaşanan kəskin hava şəraiti Avropa İttifaqının (Aİ) Ümumi Daxili Məhsulunu (ÜDM) 1% (təxminən 180 milyard avro) azalda bilər. Bu isə Aİ Komissiyası tərəfindən cari il üçün proqnozlaşdırılan 1,1%-lik iqtisadi artımı faktiki olaraq sıfırlayır.
Əsas risklər və itkilər:
Əmək məhsuldarlığı: İstilər səbəbindən işçi qüvvəsinin məhsuldarlığının düşməsi Aİ ÜDM-də 0,6%-lik itkiyə yol açacaq.
Kənd təsərrüfatı: Quraqlıq səbəbindən Aİ-də kənd təsərrüfatı istehsalının 3%-dən 7%-dək azalacağı gözlənilir.
Ən çox zərər çəkən ölkələr: Fransa (ÜDM-in 1,4% kiçilməsi və iqtisadiyyatın 0,6% daralması gözlənilir), İtaliya, İspaniya və Belçika.
Bundan əlavə, ərzaq və elektrik enerjisinin bahalaşması, eləcə də avtomobil, dəmir və su yollarındakı nəqliyyat axsamaları iqtisadi zərəri daha da dərinləşdirir.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026