16:26 - 7.08.2026
7 avqust, Fineko/abc.az. 2026-cı ilin I yarısında Azərbaycanda dövlət investisiya proqramı çərçivəsində ümumilikdə 287 layihə icra edilib.
Maliyyə Nazirliyinin məlumatına görə, həmin layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuş vəsaitin 810,2 milyon manatı istifadə olunub.
Vəsaitin böyük hissəsi nəqliyyat və meliorasiya sahələrinə yönəldilib: nəqliyyat layihələrinə 337,8 milyon manat (42 layihə, icra 33%), su təsərrüfatı və meliorasiya layihələrinə 151,2 milyon manat (88 layihə, icra 27%), sosial layihələrə 51,2 milyon manat (63 layihə, icra 20%), energetika və sənaye layihələrinə 37,9 milyon manat (11 layihə, icra 18%), müdafiə və hüquq-mühafizə layihələrinə 60,9 milyon manat (40 layihə, icra 34%), sair layihələrə isə 171,2 milyon manat (43 layihə, icra 36%) xərclənib.
8 Avqust 2026
8 Avqust 2026