11:34 - 28.07.2026
28 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 867,396 milyon manat sığorta haqqı toplanılıb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 549,682 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,2 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026