17:26 - 3.07.2026
3 iyul, Fineko/abc.az. Çinin "Alibaba" şirkəti "Anthropic" şirkətinin süni intellekt aləti olan "Claude Code"un Çindən olan istifadəçiləri müəyyən etməyə imkan verən funksiyalarının aşkarlanmasından sonra əməkdaşlarına ondan istifadəni qadağan edib.
Məlumatda bildirilir ki, əməkdaşlara şirkətin öz platforması olan "Qoder"-ə keçmək tövsiyə olunub. Qərar şirkətlər arasında yaranan mübahisələr və "Anthropic"-in öz "Claude" modelinin imkanlarının ələ keçirilməyə çalışıldığı ilə bağlı bəyanatları fonunda qəbul edilib.