Prezident İlham Əliyev: "Aİ-nin Cənubi Qafqazdakı ticarətinin 70%-dən çoxu Azərbaycanın payına düşür"

19:47 - 1.07.2026


1 iyul, Fineko/abc.az. Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında yüksək səviyyəli tərəfdaşlıq və strateji dialoq platforması uğurla genişlənir.

ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə mətbuata birgə bəyanatında bildirib.

Prezident Bakı ilə Brüssel arasındakı mövcud münasibətlərin aktiv inkişaf fazasında olduğunu vurğulayıb: “Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal, dinamik dialoqun şahidiyik. Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk”.

Azərbaycanın regional ticarətdəki dominant rolunu önə çəkən dövlət başçısı mühüm statistikanı diqqətə çatdıraraq bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olmaqla yanaşı, Azərbaycan da Aİ üçün Cənubi Qafqaz regionunda ən böyük və strateji ticarət tərəfdaşı statusunu qoruyur.

Dövlət başçısı xüsusilə vurğulayıb ki, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqaz regionu ilə apardığı ümumi ticarət dövriyyəsinin 70 faizdən artığı məhz Azərbaycanın payına düşür.