15:45 - 1.07.2026
1 iyul, Fineko/abc.az. “Bank of Baku” ASC-nin Ödəniş sistemləri departamentinə yeni direktor təyin edilib.
ABC.AZ-ın məlumatına görə, Tamerlan Rüstəmov “Bank of Baku” ASC-nin Ödəniş sistemləri departamentinin direktoru vəzifəsinə təyin edilib.
O, 2020-ci ilin yanvar ayından bu təyinata kimi Ödəniş sistemləri departamentinin direktor müavini kimi çalışıb.
2007-2008-cic illərdə “Debut” KB ASC-də iqtisadçı vəzifəsində işləyib. 2008-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankında Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsində fəaliyyətə başlayaraq böyük mütəxəssis olub. 2017-2020-ci illər ərzində fəaliyyətini Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında Maliyyə Bazarlarına Nəzarət İdarəsinin rəisi olaraq davam etdirib.
©Banker
27 İyul 2026
25 İyul 2026