11:12 - 18.06.2026
18 iyun, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) "PAŞA Bank" ASC-nin ümumi dəyəri 51 310 930 manat olan adi səhmlərinin yerləşdirilməsinə start verilir.
ABC.AZ xəbər verir ki, BFB-nin Listinq Komitəsinin cari ilin 3 aprel tarixli qərarı ilə bankın səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. Sözügedən qiymətli kağızların abunə yazılışı prosesi 13 aprel 2026-cı il tarixində başlayıb və 12 iyun tarixində uğurla yekunlaşıb.
Səhm buraxılışının əsas parametrləri aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi (ISIN): AZ1012006628
Səhmlərin növü və forması: Sənədsiz adlı, adi səhmlər
Ticarət üsulu: Kütləvi ticarət / Abunə yazılışı vasitəsilə
Səhmlərin sayı: 932 926 ədəd
Bir səhmin ilkin ticarət qiyməti: 55 manat
Anderrayterlər: Emissiyanın əsas anderrayteri qismində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir. Digər anderrayterlər isə “ABB-İnvest İnvestisiya Şirkəti” QSC və “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
18 İyun 2026
16 İyun 2026