20:08 - 17.06.2026
17 iyun, Fineko/abc.az. “Yandex” Rusiyanın cənub və mərkəzində yerləşən bir sıra otellərlə mehmanxana nömrələrində “ağıllı ev” sistemlərinin tətbiqi barədə razılıq əldə edib. Şirkət 2030-cu ilə qədər bu texnologiyaların otel fondunun təxminən üçdə birini əhatə etməsini planlaşdırır.
ABC.AZ xəbər verir ki, sistemlərə “Yandex Stansiyası”, səsli köməkçi “Alisa”, işıqlandırma və iqlimə nəzarət, həmçinin qonaqlar üçün fərdiləşdirilmiş xidmət ssenariləri daxildir.
Artıq “Golden Tulip”, Marriott Krasnaya Polyana və digər otellərdə test mərhələsi həyata keçirilir.
Layihə qonaqlar üçün rahatlığın artırılması və personal yükünün azaldılmasına yönəlib, lakin ekspertlər bunu əsasən xərcli və imic xarakterli investisiya kimi qiymətləndirirlər.