14:36 - 10.06.2026
10 iyun, Fineko/abc.az. Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün komplayens strateji amilə dönüb.
ABC.AZ xəbər verir ki, bunu Qazaxıstanın Uyğunluq və Biznes Etikası Assosiasiyasının Müşahidə Şurasının sədri Dauren Akşalov Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
Onun sözlərinə görə, müasir dövrdə komplayens sistemi təkcə nəzarət və yoxlama mexanizmi deyil, həm də etimadın, şəffaflığın və investisiya cəlbediciliyinin əsas elementlərindən birinə çevrilib.
"Azərbaycanın da daxil olduğu regionda rəqəmsal transformasiya, maliyyə texnologiyalarının inkişafı və beynəlxalq investisiyaların artması fonunda komplayens sistemlərinin rolu daha da güclənir. Bu gün beynəlxalq investorlar yalnız maliyyə göstəricilərinə baxmırlar. Şirkətlərdə və dövlət qurumlarında şəffaflığın, risklərin idarə edilməsinin və komplayens mexanizmlərinin mövcudluğu da mühüm qiymətləndirmə meyarına çevrilib".
D. Akşalov əlavə edib ki, Azərbaycan və region ölkələrinin beynəlxalq maliyyə sisteminə inteqrasiyasının dərinləşməsi komplayens standartlarının tətbiqini daha da aktuallaşdırır.
11 İyun 2026
11 İyun 2026
11 İyun 2026