Mərkəzi Bank tender elan edir

15:12 - 9.06.2026


9 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə savadlılığı üzrə 4 sorğunun keçirilməsi xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir.

ABC.AZ xəbər verir ki, prosedurda iştirak haqqı 123,49 manat təşkil edir.

Tenderdə iştirak etmək istəyən iddiaçılar öz təkliflərini ən geci 30 iyun 2026-cı il saat 17:00-dək təqdim etməlidirlər. Tender zərflərinin açılışı da həmin tarixdə və saatda (30 iyun 2026-cı il saat 17:00-da) həyata keçiriləcək.

Əlaqələndirici şəxs: Könül Əliyeva

Telefon: (+994) 12 493 50 58

E-poçt: [email protected]