Çin may ayında qızıl ehtiyatlarını kəskin artırıb

19:00 - 8.06.2026


8 iyun, Fineko/abc.az. Çin Xalq Bankı may ayında qızıl ehtiyatlarını 320 min troya unsiyası artıraraq 74,96 milyon unsiyaya çatdırıb ki, bu da 2024-cü ilin sonundan bəri ən yüksək aylıq artım olub.

ABC.AZ xəbər verir ki, analoji artım əvvəlki dəfə 2024-cü ilin dekabrında qeydə alınıb — o zaman ehtiyatlar 330 min unsiya artmışdı.

2026-cı il ərzində Çin qızıl alışlarını ardıcıl şəkildə artırıb: yanvarda 40 min unsiya, fevralda 30 min, martda 160 min, apreldə isə 260 min unsiya.