Mərkəzi Bank tender elan edir

16:11 - 8.06.2026


8 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Şifrə siyasətinin təkmiləşdirilməsi sisteminin (SpecOps) lisenziyalarının satın alınması ilə bağlı açıq tender elan edib.

ABC.AZ etender.gov.az rəsmi veb saytına istinadən xəbər verir ki, tender prosedurunda iştirak haqqı 49,83 manat təşkil edir.

Tenderdə iştirak etmək istəyən iddiaçılar öz təkliflərini 2026-cı il 2 iyul saat 17:00-dək Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim etməlidirlər.

Tender zərflərinin açılışı da həmin gün – 2 iyul 2026-cı il saat 17:00-da baş tutacaq.