15:25 - 8.06.2026
8 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) magistral kommutatorların (Core Switches) satın alınması ilə bağlı açıq tender elan edib.
ABC.AZ etender.gov.az rəsmi veb saytına istinadən xəbər verir ki, tender prosedurunda iştirak haqqı 350 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyən iddiaçılar öz təkliflərini 2026-cı il 30 iyun saat 18:00-dək təqdim etməlidirlər. Tender zərflərinin açılışı da həmin gün – 30 iyun 2026-cı il saat 18:00-da baş tutacaq.
Əlaqə məlumatları: E-poçt: [email protected]
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165.
8 İyun 2026