Bankların ən sərfəli müddətli manat depoziti təklifləri – Siyahı

14:07 - 8.06.2026


8 iyun, Fineko/abc.az. İyunda 2026-cı ilin iyun ayı üzrə bankların manat əmanət bazarında ən yüksək gəlirliyi onlanlar məlum olub.

ABC.AZ xəbər verir ki, cədvələ görə ən sərfəli təkliflərə Bank Avrasiya liderlik edir – burada 24 və 36 aylıq əmanətlərdə faizlər 11.75%–12.00%-a qədər yüksəlir və bazarda ən yüksək göstərici sayılır.

Yüksək gəlirliliklə seçilən digər banklar arasında Expressbank (11.50%–11.75%), Bank VTB (11.50%-ə qədər), TuranBank (11.50%-ə qədər) və Bank of Baku (11.50%-ə qədər) yer alır. Bundan əlavə, ən diqqətçəkən dəyişiklik Bank VTB üzrədir.

Belə ki, may ayında 6–7.5% civarında olan 6–9 aylıq əmanətlər iyun ayında 9–9.5% səviyyəsinə yüksəlib.

Əksinə, Yapı Kredi Bank üzrə 12 aylıq əmanət gəlirliliyi Maydakı 11.5%-dən İyunda 10% ətrafına enərək azalma göstərib.

©Banker.Az