14:32 - 5.06.2026
5 iyun, Fineko/abc.az. "Qafqaz-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 26 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən 54 min manat xalis mənfəətlə çıxmışdı.
ABC.AZ xəbər verir ki, bu, ötən il "Qafqaz-Kredit"in vergiyəqədərki zərəri 28 min manat (əvvəlki il mənfəət olub), mənfəət vergisi ödəmələri isə qənaəti isə 2 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə "Qafqaz-Kredit"in aktivləri 1,144 milyon manat olub ki, bu da illik müqayisədə 4,1 % azdır. Bunun 1,029 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 6,5 % kiçilib.
Hesabat dövründə "Qafqaz-Kredit"in öhdəlikləri 55,6 % azalaraq 16 min manata, balans kapitalı isə 2,4 % azalaraq 1,128 milyon manata düşüb.
5 İyun 2026
4 İyun 2026
4 İyun 2026
5 İyun 2026