10:34 - 5.06.2026
5 iyun, Fineko/abc.az. Avropanın 11 ölkəsinin nazirləri Avropa İttifaqı (Aİ) Komisyonuna ortaq məktub göndərərək Rusiya vətəndaşlarına qarşı daha ciddi və məcburi Şengen vizası tədbirlərinin tətbiq edilməsini istəyiblər.
ABC.AZ xəbər verir ki, Polşa, İsveç, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Latviya, Litva, Niderland, Norveç və İslandiyanın aidiyyəti nazirləri tərəfindən imzalanan məktub Aİ-nin ali nümayəndəsi Kaya Kallas (Kaja Kallas) və komissar Maqnus Brunnerə (Magnus Brunner) ünvanlanıb.
Məktubda vurğulanan əsas məqamlar:
Təhlükəsizlik riskləri: Sənəddə Ukraynadakı müharibədə iştirak etmiş yüz minlərlə rus hərbçisinin Avropaya daxil olma ehtimalının ciddi narahatlıq və təhlükəsizlik riski yaratdığı bildirilir.
Viza statistikası: Qeyd olunur ki, 2022-ci ildə viza sadələşdirilməsi sazişinin dayandırılmasına baxmayaraq, qaydalar üzv ölkələr tərəfindən bərabər tətbiq olunmur. Belə ki, rəsmi tövsiyələrə zidd olaraq, 2025-ci ildə Rusiya vətəndaşlarına turizm məqsədilə 477 mindən çox (əksəriyyəti çoxgirişli) Şengen vizası verilib.
Koordinasiya tələbi: Nazirlər üzv dövlətlər arasındakı fərqli yanaşmaların "viza ticarəti"nə yol açdığını bəyan edərək, Şengen zonasının təhlükəsizliyini qorumaq üçün vahid və məcburi qaydaların tətbiqini şərt hesab edirlər.
5 İyun 2026
4 İyun 2026
4 İyun 2026
5 İyun 2026