10:19 - 4.06.2026
4 iyun, Fineko/abc.az. BOKT “Azkredit” ASC-nin idarəetmə strukturunda dəyişiklik baş verib.
ABC.AZ xəbər verir ki, İdarə Heyətinin üzvü və baş mühasibi vəzifələrini icra edən Musayev Amil Arif oğlu vəzifələrindən ayrılıb. Hazırda onun vəzifəsi vakantdır. O, 2020-ci ildən bu vəzifədə çalışırdı.
“Azkredit” BOKT 2025-ci ili 884 min manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 23% azdır. Hesabat dövründə kredit portfeli 19.9% artaraq 2.85 milyon manata yüksəlsə də, əməliyyat və işçi xərclərinin artması mənfəətə mənfi təsir göstərib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026