Ötən ili 53 min manat zərərlə başa vuran BOKT – Detallar

12:04 - 1.06.2026


1 iyun, Fineko/abc.az. "Azəri Star Mikromaliyyə" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 53 min manat zərərlə başa vurub.

ABC.AZ BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 2,2 dəfə çoxdur.

Bu il yanvarın 1-nə "Azəri Star Mikromaliyyə"nin aktivləri 1,103 milyon manat olub ki, bu da illik müqayisədə 3,1 dəfə çoxdur. Bunun 713 min manatı müştərilərə verilmiş kreditdir. 2025-ci ildə BOKT-un kredit portfeli 2,25 dəfə böyüyüb.

Hesabat dövründə "Azəri Star Mikromaliyyə"nin öhdəlikləri 13,3 % artaraq 17 min manata, balans kapitalı isə 3,2 dəfə artaraq 1,086 milyon manata, o cümlədən nizamnamə kapitalı 3,55 dəfə artaraq 1,435 milyon manata çatıb.