10:56 - 1.06.2026
1 iyun, Fineko/abc.az. Bu gündən etibarən ödəniş sistemlərinin iştirakçıları arasında interçeync üzrə xidmət haqqı tarifləri ilə bağlı qərar qüvvəyə minib.
ABC.AZ xəbər verir ki, ölkə daxilində ödəniş kartları ilə aşağıda göstərilən MCC kodları üzrə aparılan əməliyyatlarda ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeync tarifinin yuxarı həddi aşağıdakı kimi müəyyənləşdirilib.
MCC kodu - təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən həmin subyektə təyin edilən koddur.
“Drug Stores and Pharmacies” və “Grocery Stores and Supermarket” kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25 faizi;
“Petrol” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75 faizi;
“General” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi.
Nəzərdə tutulmayan digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilmir.
Qərar martın 18-də Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən imzalanıb. - rusca tərcümə.
30 İyul 2026