10:02 - 16.11.2017
16 noyabr, Fineko/abc.az. Noyabrın 15-də gecə saatlarında Azərbaycanda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə əsasən, zəlzələ yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınıb.
Məlumatda deyilir: “Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub”.
Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026