11:22 - 25.05.2026
25 may, Fineko/abc.az. Banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartları artaraq 22 milyon 518 min ədəd təşkil edib.
ABC.AZ xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 11% artmış, kredit kartlarının sayı isə 11% azalaraq 2 milyon 45 min ədəd olub.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.
Belə ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 16% artmışdır. 2026-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,094 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,969 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,123 mln. manatı POS-terminallar, 2.5 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.9%-ni təşkil edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026