11:17 - 25.05.2026
25 may, Fineko/abc.az. Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 614,2 milyon manat təşkil edib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,9 % azdır.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbərən 17,1 %, son 1 ildə isə 22,2 % artıb.
Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət martın sonuna 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il aprelin sonuna isə 1,7 % olub.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026