Apreldə bank sektorunda çalışanlar 148 nəfər artıb

10:32 - 25.05.2026


25 may, Fineko/abc.az. 2026-cı ilin aprel ayında bank sektorunda çalışanların sayı 0.5% və ya 148 nəfər artaraq 27 389 nəfər təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2026-cı ilin mart ayında bank işçilərinin sayı 27 241 nəfər olub.

Onu da qeyd edək ki, bank işçilərinin sayı isə illik müqayisədə 1 450 nəfər artıb.

30 aprel 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, ATM-lərin sayı 3 498 olub.