Ağdamda 44 milyon manata İşğal və Zəfər Muzeyləri Kompleksi tikiləcək

15:04 - 21.05.2026


21 may, Fineko/abc.az. “Əsaslı Tikinti və Təchizat MMC” Ağdam şəhərində İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisi ilə bağlı müsabiqə elan edib.

ABC.AZ xəbər verir ki, Ağdam şəhərində yaradılacaq İşğal və Zəfər Muzeyləri Kompleksinin tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Müsabiqənin ehtimal olunan qiyməti 44 170 799 manat təşkil edir.