Dörd ayda 143 min tona yaxın karbamid istehsal olunub

14:39 - 20.05.2026


20 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 142,6 min ton həcmində karbamid istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin 4 ayı ilə müqayisədə 27,4 % azdır.

Bu ilin mayın 1-nə 59,6 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.