12:07 - 20.05.2026
20 may, Fineko/abc.az. Azərbaycanda kartdan-karta köçürmələrin həcmi yüksək həddə çatıb.
ABC.AZ xəbər verir ki, məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin rəsmisi danışıb.
Qurumun idarə rəisinin müavini Günel Bəhramqızı bildirib ki, bu hallar monitorinq və operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən olunur.
Vergi Xidmətinin əməkdaşı kartdan-karta ödəniş aşkarlandığı təqdirdə tətbiq olunan cərimə məbləğindən də danışıb.
Qurum vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan-karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır. Eyni zamanda, sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur.
Mövzu ilə bağlı Xəzər tv-nin hazırladığı süjeti sizə təqdim edirik:
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026