16:11 - 26.11.2018
26 noyabr, Fineko/abc.az. Sinoptiklər sabah Bakıda güclü küləyin əsəcəyini vəd edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatına görə, Bakıda və Abşeronda noyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.
“Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Proqnoza əsasən, noyabrın 27-si gündüzdən 29-u gündüzədək Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir”, - nazirlikdən bu xəbər verildi.
Həmçinin nazirlikdən bildirildi ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.
27 İyul 2026