16:28 - 14.05.2026
14 may, Fineko/abc.az. Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunlar “Azvvallet” MMC, “Greentek Group” MMC və “Guavapay” MMC-lərdir.
Qeyd edilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13 may 2026-cı il tarixli 22 nömrəli protokolu ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən “Azvvallet” Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-019 nömrəli, “Greentek Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə 18 sentyabr 2024-cü il tarixli EPT-013 nömrəli, “Guavapay” Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-018 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar ləğv edilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026