14:35 - 14.05.2026
14 may, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM Kapital” QSC-nin istiqrazları ticarətə buraxılıb.
ABC.AZ Birjaya istinadən xəbər verir ki, ümumi dəyəri 1 000 000 manat olan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 21 may 2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların parametrləri aşağıdakı kimidir:
Emitent: "FERRUM Kapital” QSC
İSİN kodu: AZ2023022281
İstiqrazların sayı: 10 000 ədəd
Nominal qiyməti: 100 manat
İllik gəlirlilik: 14%
Tədavül müddəti: 12 ay
Faizlərin ödəniş dövrü: Hər 3 təqvim ayından bir
Anderrayter: “Unicapital İnvestisiya Şirkəti” ASC
Hərrac birqiymətli hərrac üsulu ilə keçiriləcək. İstiqrazların emissiya prospekti ilə BFB-nin internet səhifəsindəki “Emitentin profili” bölməsində tanış olmaq mümkündür.
19 Oktyabr 2026
19 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026