Azərbaycanın xarici dövlət borcu 7,8 faiz azalıb

16:36 - 12.05.2026


12 may, Fineko/abc.az. Bu il mayın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 678,4 milyon dollar təşkil edib.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə nisbətdə 7,8 faiz azdır.