12:29 - 12.05.2026
12 may, Fineko/abc.az. Bu ilin mart ayının sonuna Azərbaycanda bank sektoru üzrə unikal müddətli əmanətçilərin sayı 207 min 469 nəfər olub.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, müddətli əmanətçilərin sayı cari ilin əvvəli ilə müqayisədə 13 min 335 nəfər (6,9%), ötən ilin eyni dövrü ilə müqayisədə 49 min 212 nəfər (31,1%) artıb.
Belə ki, bank sektoru üzrə unikal müddətli əmanətçilərin sayı bu ilin əvvəlində 194 min 134 nəfər, ötən ilin mart ayının sonunda isə 158 min 257 nəfər olmuşdu.
©Müəllif: Elmir Muradov
30 İyul 2026
29 İyul 2026