"Bakı Metropoliteni" tender elan edir

10:41 - 12.05.2026


12 may, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC informasiya təhlükəsizliyinin gücləndirilməsi üzrə xidmətlərin cəlb edilməsi ilə bağlı tender elan edib.

Tenderdə iştirak haqqı 88,89 manat təşkil edir.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini iyunun 5-i saat 10:00-dan  gec olmayaraq təqdim etməlidirlər. Tender zərflərinin açılışı da iyunun 5-i saat 10:00-da  keçiriləcək.

Əlaqələndirici şəxs: Ümid Paşayev

E-poçt: [email protected]