"EKOL Mühəndislik Xidmətləri" QSC-nin əməliyyat gəlirləri 3,3 faiz azalıb

14:27 - 5.05.2026


5 may, Fineko/abc.az. "EKOL Mühəndislik Xidmətləri" QSC 2025-ci ili 6,83 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2024-cü ildən 5,677 milyon manat xalis zərərlə çıxmışdı.

ABC.AZ xəbər verir ki, ötən il "EKOL Mühəndislik Xidmətləri"nin əməliyyat gəlirləri 33,439 milyon manat (əvvəlki ilə nisbətən 3,3 % az), əməliyyat xərcləri isə 21,348 milyon manat (21,5 % az), inzibati və digər əməliyyat xərcləri 8,436 milyon manat (31,7 % az), faiz xərcləri 571 min manat (2,7 dəfə az), xalis məzənnə zərəri 23 min manat (34,3 % az), digər xalis gəlirləri 6,264 milyon manat (7,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 2,495 milyon manat (əvvəlki il qənaət olub) təşkil edib.

Bu il yanvarın 1-nə "EKOL Mühəndislik Xidmətləri"nin aktivləri 36,857 milyon manat təşkil edib ki, bu da illlik müqayisədə 1,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 26,1 % azalaraq 20,915 milyon manata düşüb, balans kapitalı isə 99,6 % artaraq 15,942 milyon manata çatıb.