16:16 - 28.04.2026
28 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) "2024–2026-cı illər üzrə Maliyyə sektorunun inkişaf strategiyasının 2025-ci il üzrə icra vəziyyəti hesabatı"nda ödəniş sektorunun inkişafı üzrə növbəti addımları müəyyənləşdirib.
Bu barədə ABC.AZ AMB-nin məlumatına istinadla xəbər verir.
Məlumata əsasən, Mərkəzi Bank tərəfindən Ani Ödəniş Sistemlərinin (AÖS) funksional imkanlarının təkmilləşdirilməsi vasitəsilə sistemin tətbiq sahələrinin genişləndirilməsi, AÖS iştirakçılarının daxili informasiya sistemlərinin təkmilləşdirilmiş sistemin tələblərinə uyğunlaşdırılması işlərinin həyata kçeirilməsi nəzərdə tutulur.
Eyni zamanda AZQR standartının (Azərbaycan üzrə QR kod standartı) təkmilləşdirilməsi və likvidlik idarəetmə mexanizminin optimallaşdırılması, eləcə də rəqəmsal ödənişlərin sürətli inkişafını dəstəkləmək məqsədilə Milli Ödəniş Sisteminin (MÖS) idarəetmə strukturunun müəyyən edilməsi və zəruri tənzimləyici uyğunlaşdırmaların aparılması işlərinin görülməsi planlaşdırılır.
Bununla yanaşı, tənizmləyici qurum ödəniş sektoru üzrə risk əsaslı nəzarətin tətbiqinin təmin edilməsini də görüləcək işlərin siyahısına əlavə edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026