16:20 - 21.11.2018
21 noyabr, Fineko/abc.az. 2018-ci ilin yanvar-sentyabr aylarında Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan 161 milyon barel - 22 milyon ton neft çıxarılıb.
BP-Azerbaijan xəbər verir ki, 2018-ci ilin 9 ayında orta hesabla gündəlik neft hasilatı 588 min barrel təşkil edib.
“2018-ci ilin yanvar-sentyabr aylarında Çıraq platformasından orta hesabla 47 min barel/gündə, Mərkəzi Azəri platformasından 156 min barel/gündə, Qərbi Azəri platformasından 126 min barel/gündə, Şərqi Azəridən 97 min barel/gündə, Dərinsulu Günəşlidən 105 min barel/gündə, Qərbi Çıraqdan isə 57 min barel/gündə hasil olunmuşdu”, - məlumatda belə deyilir.
AÇG layihəsi üzrə əməliyyat xərcləri 367 milyon dollar, kapital xərcləri isə 825 milyon dollar təşkil edib.
Müqaviləyə əsasən, British BP layihəsinin operatorunun payı 30.37%, ARDNŞ 25%, Amerika Chevron 9.57%, ExxonMobil 6.79%, Hindistanın ONGC 2.31%, Yaponiyanın İnpex Corp. 9,31% və İTOOÇU Neft 3,65%, Norveçin Statoil 7,27%, Türkiyənin TPAO şirkətinin payı 5,73% təşkil edir.
31 İyul 2026
30 İyul 2026
28 İyul 2026
29 İyul 2026
29 İyul 2026