Baş nazirin müavininə daha bir vəzifə verilib

14:19 - 24.04.2026


24 aprel, Fineko/abc.az. “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama dəyişiklik edilib.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyanın sədri dəyişib.

Azərbaycan tərəfdən komissiyanın sədri Baş nazirinin müavini Samir Şərifov olacaq, bundan öncə komissiyanın sədri energetika naziri olub.