13:07 - 24.04.2026
Bank Respublika “Sahibkarlar günü” münasibətilə biznes sahibləri üçün 10 məhsul və xidmət üzrə xüsusi güzəştlər təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 10 ildir ki, ölkəmizdə "Sahibkarlar Günü" kimi qeyd olunur.
Ölkəmizdə sahibkarlığın inkişafına davamlı dəstək göstərən Bank Respublika, bu münasibətlə “Sahibkarlara 10 fürsət” adlı kampaniyaya start verdiyini elan edib.
Kampaniya çərçivəsində banka müraciət edən kiçik və orta biznes nümayəndələri, o cümlədən fərdi sahibkarlar 10 bank məhsul və xidməti üzrə xüsusi imtiyazlar əldə edərək, biznes fəaliyyəti üçün zəruri olan xidmətlərdən əlavə xərc olmadan yararlanmaq və əsasən hesablaşma-kassa əməliyyatlarını ödənişsiz həyata keçirmək imkanı qazanacaqlar.
Bu çərçivədə sahibkarlara təqdim olunur:
Bankdan bildirilib ki, kampaniyanın əsas məqsədi sahibkarların əməliyyat xərclərini azaltmaq, onların maliyyə alətlərinə çıxışını asanlaşdırmaq və bizneslərini daha sürətli inkişaf etdirmələrinə dəstək olmaqdır.
Kampaniya 25.05.2026 tarixinə qədər davam edəcək.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026