16:02 - 23.04.2026
23 aprel, Fineko/abc.az. Bu il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 172,7 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ xəbər verir ki, bunun 86,3 %-i və yaxud 73 milyard 515,9 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13,7 %-i və yaxud 11 milyard 656,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 116,3 milyon ABŞ dolları və yaxud 0,1 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 25,6 milyon ABŞ dolları və yaxud cüzi azalma, AMB-nin valyuta ehtiyatlarında isə 141,9 milyon ABŞ dolları və yaxud 1,2 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 11 milyard 406 milyon ABŞ dolları və yaxud 15,5 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 10 milyard 775,7 milyon ABŞ dolları və yaxud 17,2 %, AMB-nin valyuta ehtiyatları isə 630,3 milyon ABŞ dolları və yaxud 5,7 % artım nümayiş etdirib.