Neft ucuzlaşır: Brentin bir bareli 97,30 dollar təşkil edir

09:26 - 22.04.2026


22 aprel, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiyməti ötən gün müşahidə olunan nəzərəçarpacaq artımdan sonra aşağı düşür.

Saat 09:20-yə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyun fyuçerslərinin qiyməti 1,18 dollar (1,20%) azalaraq bir bareli 97,30 dollara enib. 21 aprel tarixinə olan hərracların yekununda bu müqavilə 3,00 dollar (3,14%) bahalaşaraq bir bareli 98,48 dollar təşkil etmişdi.

Saat 09:20-yə olan məlumata görə, Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" neftinin iyun fyuçerslərinin qiyməti 1,20 dollar (1,34%) ucuzlaşaraq bir bareli 88,47 dollara düşüb. Ötən sessiyanın nəticələrinə görə, iyun müqaviləsi 2,25 dollar (2,57%) artaraq 88,67 dollar, may müqaviləsi isə 2,52 dollar (2,81%) artaraq 92,13 dollar təşkil etmişdi.