11:38 - 17.04.2026
17 aprel, Fineko/abc.az. 2026-cı ilin ilk 3 ayı ərzində Azərbaycandan 4 milyard 540 milyon 205 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.
2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycandan 5 milyard 613 milyon 979 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilmişdi. Beləliklə, ixracın dəyəri 1 milyard 73 milyon 774 min dollar və ya 19,1% azalıb.
Xam neft ixracı dəyər ifadəsində 835 milyon 944 min dollar və ya 33,4% azalaraq 2 milyard 500 milyon 709 min dollara, təbii qaz ixracı isə 322 milyon 411 min dollar və ya 14,6% azalaraq 1 milyard 883 milyon 209 min dollara düşüb.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026