10:17 - 17.04.2026
17 aprel, Fineko/abc.az. 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat sektoru üzrə yük daşımalarının ümumi həcmi illik müqayisədə 1.2% artaraq 56 milyon 594.3 min tona çatıb.
ABC.AZ xəbər verir ki, 2026-cı ilin yanvar-mart aylarında nəqliyyat və anbar təsərrüfatı sektorunda 3 milyard 435 milyon manat məbləğində xidmət göstərilmiş və ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1.7 faiz artım qeydə alınıb.
Hesabat dövründə dəmir yolu ilə yük daşımaları 6.3% azalaraq 4 milyon 73.9 min ton olub.
Dəniz nəqliyyatında daşımalar daha kəskin – 12.8% azalaraq 1 milyon 927.8 min ton təşkil edib. Hava nəqliyyatı ilə daşımalar isə 11.4% azalaraq 82 min tona düşüb.
Boru kəmərləri ilə nəql edilən yüklərin həcmi 4.2% azalaraq 16 milyon 75.3 min ton olub. Bu sahədə neft kəmərləri üzrə daşımalar 10.7% azalaraq 8 milyon 65.2 min ton təşkil etdiyi halda, qaz kəmərləri ilə nəql 3.3% artaraq 8 milyon 10.1 min tona yüksəlib.
Ən böyük artım avtomobil nəqliyyatında qeydə alınıb – bu sahədə yük daşımaları 6% artaraq 34 435.3 min tona çatıb və ümumi artımın əsas mənbəyi olub.
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026