11:03 - 16.04.2026
16 aprel, Fineko/abc.az. Cari ilin birinci rübünün sonunda "Premium Bank"ın aktivlərinin həcmi 666 milyon 485 min manat olub.
Bu, ötən ilin sonu ilə müqayisədə 11 milyon 184 min manat (1,7%) azalma deməkdir.
ABC.AZ xəbər verir ki, bu barədə rəqəmlər Bankın cari ilin birinci rübünün sonuna olan maliyyə nəticələrində öz əksini tapıb.
Qeyd edilib ki, hesabat dövründə bankın öhdəliklərinin həcmi 464 milyon 829 min manat olub.
Öhdəliklər ötən ilin sonuna nəzərən 15 milyon 449 min manat və ya 3,2% azalıb.
Bankdakı depozilərin həcmi 374 milyon 103 min manat (20 milyon 70 min manat / 5,1% az), Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər 71 milyon 564 min manat (1 milyon 627 min manat / 2,2% az) olub. Bankın bölüşdürülməmiş mənfəətinin həcmi 19 milyon 245 min manata yüksəlib, üç ayda 3 milyon 676 min manat və ya 23,6% artım göstərib.
Ümumi ehtiyatlar isə son üç ayda 589 min manat (8,2%) artaraq 7 milyon 810 min manata çatıb.
Müəllif: Elmir Muradov