15:16 - 13.04.2026
13 aprel, Fineko/abc.az. Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı Əsaslı tikinti idarəsi Şuşa Kollecinin (Qarabağ Universitetinin Turizm fakultəsi) binasının əsaslı təmiri və bərpası üzrə tender elan edir.
Tenderdə iştirak haqqı 1000 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini mayın 12-nə qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 ünvanına təqdim edə bilərlər.
Təkliflərə mayın 12-da, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026