Şuşa Kollecinin təmiri üçün tender elan edilir

15:16 - 13.04.2026


13 aprel, Fineko/abc.az.  Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı Əsaslı tikinti idarəsi Şuşa  Kollecinin (Qarabağ Universitetinin Turizm fakultəsi) binasının əsaslı təmiri və bərpası üzrə tender elan edir.

Tenderdə iştirak haqqı 1000 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini mayın 12-nə qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 12-da, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.