Səudiyyə Ərəbistanı Asiya üçün neftin qiymətini rekord səviyyəyə qaldırıb

11:27 - 6.04.2026


6 aprel, Fineko/abc.az. Səudiyyə Ərəbistanı Asiya bazarı üçün əsas neft növünün qiymətini rekord səviyyəyə qaldırıb.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.

Qiymət siyahısına görə, dövlət neft şirkəti “Saudi Aramco” may ayı satışları üçün etalon “Arab Light” neftinin qiymətini Asiyadakı neft emalı müəssisələri üçün nəzərdə tutulan göstərici ilə müqayisədə bir barel üzrə 19,5 dollar artırıb.

Satış qiymətlərinin artırılması qərarı Hörmüz boğazının bağlanması, eləcə də İrandakı münaqişənin gələcək vəziyyəti ilə bağlı qeyri-müəyyənlikdən irəli gəlir.

Fevralın 28-də İranda müharibə başlayandan bəri neftin qiyməti 60%-dən çox artıb və üçrəqəmli həddə sabit qalıb. Bazarda vəziyyət dəyişkən olaraq qalır, uzunmüddətli proqnozlar isə münaqişənin gedişindən, OPEC+ qərarlarından və digər amillərdən asılıdır.