16:30 - 2.04.2026
2 aprel, Fineko/abc.az. Bu ilin mart ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 75,84 % təşkil edib.
ABC.AZ-ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, fevral ayına nisbətən 0,76 faiz bəndi, 2025-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 4,48 faiz bəndi azdır.
Mobil cihazlarda "İOS" əməliyyat sisteminin bazar payı aylıq 0,88 faiz bəndi və illik müqayisədə 4,81 faiz bəndi artaraq 23,9 % olub.
Planşetlərdə "Android"in bazar payı aylıq müqayisədə 5,3 faiz bəndi və illik müqayisədə 7,66 faiz bəndi azalaraq 71,38 % təşkil edib. Beləliklə onun bazar payı illik ifadədə 10 % azalıb.
Həmin cihazlarda "İOS"un bazar payı 28,52 % təşkil edib ki, bu da aylıq müqayisədə 5,25 faiz bəndi, illik isə 7,56 faiz bəndi çoxdur.
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026