15:14 - 1.04.2026
1 aprel, Fineko/abc.az. 2026-cı ilin yanvar–fevral aylarında Azərbaycanda avtonəqliyyat sığortası bazarında müsbət dinamika müşahidə olunub. məlumatına əsasən, bu sahədə həm sığorta haqları, həm də ödənişlər artıb.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə avtonəqliyyat sığortası üzrə sığorta haqları 38,3 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% artım deməkdir. Yığımların 27 milyon manatı icbari, 11,3 milyon manatı isə könüllü sığortaların payına düşüb.
Sığorta ödənişləri isə daha yüksək templə artıb. Belə ki, 2026-cı ilin ilk iki ayında bu sahədə ödənişlər 31,9 milyon manata çatıb ki, bu da illik müqayisədə 30,3% çoxdur. Ödənişlərin 26,2 milyon manatı icbari, 5,7 milyon manatı isə könüllü sığortalar üzrə həyata keçirilib.
Mütəxəssislər qeyd edir ki, ödənişlərin haqlara nisbətən daha sürətli artması yol-nəqliyyat hadisələrinin sayında artım və ya zərərin məbləğinin yüksəlməsi ilə bağlı ola bilər. Bu tendensiya sığorta şirkətlərinin xərclərinin artdığını da göstərir.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026